Tanınmış aktrisa 40 yaşında vəfat edib.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, 40 yaşlı aktrisa Şörli Helyar (Shirley Hellyar) xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bir ay əvvəl ölümcül xəstəliyə tutulduğunu öyrənən aktrisa Netfliks şirkətinin çəkilişlərində iştirak edirdi.
Şotlandiyanın Qlazqo şəhərində doğulan Şörli noyabr ayının 7-də dünyasını dəyişib. Gecə yatan aktrisa səhər ayılmayıb.
Yas mərasimi üçün xeyriyyə saytlarının biri vasitəsi ilə 9 min dollar yığan aktrisa xəstəliyə yoluxması barədə xəbəri Nyukaslda istirahət etdiyi anda öyrənmişdi.
O bildirmişdi ki, vəziyyəti yaxşı deyil, Şotlandiyaya qayıda bilməyəcək, ölənə qədər Nyukaslda qalacaq.
7News.Az










