RU
Gədəbəy rayonunda avtomobil dərəyə aşdı, yaralılar var (ÖZƏL)- YENİLƏNİB
21:48
217

Gədəbəy rayonunda avtomobil dərəyə aşdı, yaralılar var (ÖZƏL)- YENİLƏNİB

Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində xəsarət alanların sayı artıb.

"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 
-----
 

Gədəbəy rayonunda idarəetmədən çıxan avtomobil dərəyə aşıb.
 
7NEWS.az-ın  yerli bürosunun verdiyi məlumata əsasən hadisə rayonun Saratovka kəndində baş verib. İlkin məlunata görə qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən bir neçəsi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə aparılıb. Hazırda xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
 
 
7NEWS.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ