RU
Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb
12:45
365

Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonu Saratovka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ