RU
Gədəbəydə baş vermiş faciəvi ölümün TƏFƏRRÜATI
19:50
593

Gədəbəydə baş vermiş faciəvi ölümün TƏFƏRRÜATI

İyulun 25-i saat 18:00 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 7NEWS.Az-a Gədəbəy rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ