RU
Gədəbəydə bıçaqlanan 34 yaşlı şəxs öldü - Qatili bilinmir
11:30
816

Gədəbəydə bıçaqlanan 34 yaşlı şəxs öldü - Qatili bilinmir

Gədəbəydə bıçaqlanma olub.

7news.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O, əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. E.Quliyev xəstəxanada dünyasını dəyişib. Onu kimin bıçaqladığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ