Gədəbəy rayonunda avtomobil aşıb.
Yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Məmmədov Röyal İlqar oğlu, 1985-ci il təvəllüdlü Məmmədova Hicran Əmiraslan qızı və 1974-cü il təvəllüdlü Məmmədov İlqar Oktay oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az







