Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Rzayev saxlanılıb. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "metamfetamin” və qurudulmuş "marixuana” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
7News.Az








