RU
Gədəbəydə qonşular ana və qızını döyüb
23:05
1774

Gədəbəydə qonşular ana və qızını döyüb

Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.

Hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.

Xəsarətl alanlar bildirib ki, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ