Gədəbəy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qarıkənd ərazisində qeydə alınıb. 31 yaşlı rayon sakini Seymur Şirinov idarə etdiyi "Vaz-011" markalı avtomobilin idarəetməsini itirərək traktor qoşqusuna çırpıb.
Nəticədə sürücü ilə yanaşı avtomobildə olan 2 sərnişin, rayon sakinləri - 20 yaşlı Bəhruz Bayramov və Vüqar adlı şəxs müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar ilk olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər TTYX-ya gətiriliblər. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. //Kəpəz tv
7News.Az








