Noyabrda Dövlət bayrağı günü ilə əlaqədar olaraq, Azərbaycanda 3 gün qeyri-iş günü olacaq.
7news.az anspress-ə istinadən məlumatına görə, Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, noyabrın 7-si və 8-i şənbə, bazar gününə düşdüyündən, beşgünlük işləyən insanlar 3 gün istirahət etmiş olacaqlar.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
7news.az









