RU
Gələn il dəhşətli fəlakət olacaq
00:53
8738

Gələn il dəhşətli fəlakət olacaq

Beynəlxalq humanitar təşkilatlar gələn il dünyada aclıq və xəstəliklər səbəbindən milyonlarla insanın məhv olacağı barədə xəbərdarlıq ediblər.

Humanitar təşkilatlar El Nino cərəyanının təsiri nəticəsində dünyanın bəzi regionlarında quraqlıq yaşanacağı, bəzi bölgələrində isə sel fəlakətinin baş verəcəyini bildiriblər.

2016-cı ilin əvvəllərində Afrikada quraqlıq səbəbi ilə qida böhranının yaşanacağı qeyd edilib. Ərzaq çatışmazlığının Afrikada 30 milyondan çox insana təsir edəcəyi, qarşıdakı 6 ay ərzində isə bu böhranın Qəraib hövzəsi, Mərkəzi və Cənubi Amerikada özünü hiss etdirəcəcəyi gözlənilir.

Mərkəzi Amerikada da sel fəlakətlərinin baş verəcəyi xəbərdarlığı edilib. Beynəlxalq humanitar təşkilatlar inkişaf etməkdə olan bir çox ölkənin də El Nino cərəyanının təsiri altına düşəcəyini qeyd ediblər.

Bu cərəyanın xüsusilə düyü, şəkər, qəhvə və kakao kimi ərzaq məhsullarına təsir göstərəcəyi vurğulanıb. Yaza doğru isə cərəyanın təsirinin azalacağı gözlənilir. Ancaq El Ninodan sonra La Nina cərəyanının aktivləşəcəyi proqnozlaşdırılır./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ