RU
Gələn ilin qəbul imtahanlarının cədvəli dekabrda açıqlanacaq
14:30
299

Gələn ilin qəbul imtahanlarının cədvəli dekabrda açıqlanacaq

"Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək".

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır: "İmtahanlar kütləvi proses olduğu üçün yalnız bizdən asılı deyil".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ