RU
Gəlin bəyi atıb, toyun musiqiçisi ilə sevgili oldu - FOTO
15:20
341

Gəlin bəyi atıb, toyun musiqiçisi ilə sevgili oldu - FOTO

ABŞ-da qəribə olay yaşanıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Meqan Uillis adlı 26 yaşlı qadın ərini ataraq toylarında DJ-lik edən şəxslə qaçıb.

Özündən yaşca xeyli böyük kişi ilə ailə quran qadın ərinin oyun asılısı olmasını bəhanə edərək ona xəyanət edib. Daily Mirror-a danışan Meqan Uills son zamanlarda ərindən diqqət görmədiyini, bu səbəbdən də ona qarşı soyuduğunu etiraf edib. O bildirib ki, bəzən əri kompüterdə o qədər oyun oynayıb ki, evli olduğunu belə yaddan çıxarıb.

"Mən evliliyimizi sonlandırmaq məcburiyyətində qaldım. Çünki keçmiş həyat yoldaşım video-oyun asılısına çevrilmişdi və məni oyunlardan üstün tuturdu", - Meqan söyləyib.

 

O, yeni münasibəti barədə danışaraq "İnsanların nə düşünməsi vecimizə deyil. Münasibətimiz indi yolunda gedirsə, bu bizi xoşbəxt etməyə bəs edir" deyib.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ