Kanal D-də yayımlanan qalmaqallı "Kısmetse Olur" verilişində iştirak edən gəlin namizəd Canselin 5 həftəlik hamilə olması barədə iddiaların səslənməsi Türkiyənin maqazin dünyasının əsas müzakirə mövzularından olub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər özəl görüntülərinin yayılması ilə gündəmə gələn cütlük indi də Canselin hamilə olması barədə xəbərlərin yayılması ilə diqqət çəkib.
İddialara görə, Cansel uşağı abort etmək üçün xəstəxanaya müraciət etsə də, uşaq 5 həftəlik olduğuna görə bu mümkün olmayıb.
7News.Az














