RU
Gəlin toyda zəhərləndi - 249 nəfər xəstəxanalıq oldu
10:35
589

Gəlin toyda zəhərləndi - 249 nəfər xəstəxanalıq oldu

Ötən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb.

7news.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub. Lakin qonaqların bir çoxu artıq qalan yeməkləri evdəki ailə üzvlərinə də apardıqları üçün zəhərlənənlərin sayında artım olub. 

 

Xəstəxanalıq olanlar arasında gəlin və bəyin anası da olub. Bəyin isə səhhətində problem yoxdur. 

Faktla bağlı cinayət işi açılıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ