Türkiyədə ailələr arasında dəhşətli dava baş verib.
7News.Az türk mediasına istinadən bildirir ki, Diyarbəkirdə 3 ayrı ailənin üzvləri arasında ailə-məişət zəmnində çıxan dava silahlı atışmaya çevrilib. Hadisə nəticəsində biri qadın olmaqla 5 nəfər ölüb, 8 nəfər yaralanıb. hadisə yerinə çox sayda polis cəlb olunub.
Hadisənin baş vermə səbəbi olaraq bildirilib ki, Ənvər Təkin adlı şəxs Poyraz ailəsinə gəlin gedən qızını evinə gətirib. Bundan sonra digər ailə gəlinlərini aparmaq üçün qızın evinə gəliblər. Burada 2 ailə arasında çıxan dava zamanı 3-cü bir ailə onlara dəstəyə gəlib.
7News.Az








