Hindistanın Karnataka ştatında toy fotosessiyası faciə iə sona çatıb.
BiG.AZ xəbər veri ki, bu barədə "Times of İndia" yazır.
Belə ki, 28 yaşlı Çandru ilə 20 yaşlı Şaşikalanın toyu 22 noyabra baş tutmalı idi. Cütlük qohumlarla birlikdə Kaveri çayının sahilindəki tərk edilmiş bir şəhərdə gözəl fotosessiya etdirmək qərarına gəlib və iki qayıq icarəyə götürüblər.
Qayıq sahildən təxminən 30 metr uzaqlaşanda gəlinlə bəy şəkil çəkdirməyə çalışıblar. Hündürdaban ayaqqabı geyinən Şaşikala tarazlığını itirərək çaya düşüb.
Çandra sevgilisini xilas etməyə çalışdığı zaman gəmi aşıb və hər ikisi suda boğulublar.
Qayıqda həmçinin bir balıqçı və bəyin qohumu da olub. Balıqçı sahilə kimi üzə bilib, qohumu isə sahildəki insanlar xilas ediblər.
Dərhal hadisə yerinə gələn polislər ölənlərin cəsədlərini sudan çıxarıblar.
7News.Az








