RU
Gəlini gülmək tutdu
12:17
2492

Gəlini gülmək tutdu

Azərbaycan toylarında gəlinlər özlərini mümkün qədər ciddi aparmağı, təmkinli hərəkətləri ilə diqqət çəkir.  Digər ölkələrdə isə hərdən fərqli vəziyyətlər müşahidə olunur. Türkiyədə ailə həyatı qurmağa qərar verən cütlüyün nikah mərasimi az qala gəlinə görə fiasco ilə nəticələnəcəkdi. Həyəcandan gülməyə başlayan və dəqiqələrcə qəhqəhə çəkən gəlin  nikah mərasiminin gecikməsinə səbəb olub.

Nikah şahidi ilə söhbət edən gəlini qəfildən gülmək tutub. Heç cür  emosiyalarına hakim ola bilməyən qız  qonaqları da güldürüb. Zaldakıların kütləvi şəkildə gülməsi ilə birgə  nikah məmuru uzun müddət mərasim iştirakçılarının sakitləşməsini gözləməli olub.

Yaxşı ki, nikah məmuru də səbrli insan imiş. Gəlinin gülüb-gülüb yorulmasını gözləyən rəsmi şəxs gec də olsa, cütlüyün kəbinini kəsə bilib. Türkiyə mediasının məlumatına görə, nikah şahidi gəlinlə zarafat edərək ona atmaca atıb. Onun sözlərinə gülməyə başlayan gəlinin sakitləşməsi çox çətin olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ