"Gəlinin qayınatanın qabağına gətirib çay qoyması böyük ədəbsizlikdir".
7News.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, şair Anar Vəziroğlu "Elgizlə izlə" verilişində deyib.
"Bu yaşımda gəlinimə demərəm ki, mənə çay ver. İstəmərəm o mənim qabağıma çay gətirib qoysun. Bundan böyük ədəbsizlik yoxdur. Mənim əlim, ayağım varsa, gəlin niyə mənə çay verməlidir? hər kəs gəlini qul kimi almaq istəyir. Gəlinə "mənə çay ver" demək mədəniyyətsizlikdir".
Vəziroğlunun bu fiukirləri müzakirələrə səbəb olub.
7News.Az








