Bir neçə gün öncə Bakıda gəlinlik paltarları mağazasına daxil olaraq onların üzərinə maye tökərək qaçan şəxs saxlanılıb.
İyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub./qafqazinfo








