24-27 avqust 2021-ci il tarixlərində Estoniyanın Tallin şəhərində taekvando idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, "Təhsil” Respublika İdman Məktəbinin 6 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirməsi İlyas Hətəmli Azərbaycan Milli yığma komandasının tərkibində ölkəmizi layiqli təmsil edərək bürünc medala layiq görülüb.
17-19 avqust 2021-ci il tarixlərində Latviyanın Riqa şəhərində təşkil olunan, 37 ölkədən 539 idmançının mübarizə apardığı cüdo üzrə Avropa birinciliyində Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələri 60 kq çəki dərəcəsində Aydın Rzayev II yer, Zahir Ağazadə III yerə layiq görülüb.








