RU
Gənc müğənni təyyarə qəzasında həlak oldu — FOTOLAR
12:30
469

Gənc müğənni təyyarə qəzasında həlak oldu — FOTOLAR

Braziliyada "Piper PA-28-180” tipli kiçik təyyarə qəzaya düşüb.
Təyyarədə olan məşhur müğənni Qabriel Diniz və iki nəfər həlak olub. Qabriel konsertdən sonra ailəsinin yanına getmək üçün təyyarəyə minibmiş.

Qəza Sergipe vilayətinin Estankia şəhərində baş verib. Dinizin ölümü barədə yerli mətbuat xəbər verib. KİV eyni zamanda müğənninin son səfərindən əvvəl lentə aldığı bir videonu da yayıb. Kadrlarda Diniz pilot və köməkçisi ilə foto çəkdirir. Hazırda hadisə yerində polis işləyir. Qəzanın başvermə səbəbi araşdırılır./ölkə

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ