RU
Gənc oğlanı doğum günündə öldürən şəxs tutuldu
10:23
1042

Gənc oğlanı doğum günündə öldürən şəxs tutuldu

Sumqayıtda törədilən qətlin üstü açılıb.

Sumqayıt şəhər Polis İdarəsindən  verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6-nın qarşısında Namiq Məmmədovu bıçaqlayaraq öldürən şəxsin Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev olduğu müəyyən edilib. O, saxlanılıb.

Qeyd edək ki, hadisə martın 22-də baş verib. 1989-cu il təvəllüdlü Namiq Məmmədovun meyiti onun doğum günündə evinin qarşısında aşkar edilib. /apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ