RU
Gənc qadını zorlayıb Facebook-dan yayımladılar
21:15
449

Gənc qadını zorlayıb Facebook-dan yayımladılar

Dünən səhər saatlarında İsveçin Uppsala şəhərində bir evdə gənc qadına təcavüz edən şübhəlilər görüntüləri Facebook-dan canlı yayımlayıblar.

Olaydan xəbər tutan polislər göstərilən ünvana gələrək təxminən 20 yaşları olan 3 şübhəlini həbs ediblər.

Təcavüzçüləri iki ayrı vaxtda görərək polisə zəng edən Linda Yohansson adlı qız: "Seyr edərkən ürəyim parçalandı. Sabah səkkiz radələrində mən ikinci canlı yayımı gördüm. Gənc qadın kameranın qarşısında oturarkən videonu çəkən adam qadını təcavüzə uğradığını dilə gətirməməsi üçün razı salmağa çalışırdı və yayım boyunca dayanmadan gülürdü. Dərhal polisə zəng etdim", - deyə qeyd edib.

Şübhəliləri 4 ildən 10 ilə qədər həbs cəzası gözləyir./milli.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ