RU
Gənc qız avtomobillə sevgilisinin başını əzib öldürdü - FOTO
20:00
827

Gənc qız avtomobillə sevgilisinin başını əzib öldürdü - FOTO

Təhlükəsizlik kameraları görünütüləri ilə onun yalan danışdığı üzə çıxıb.

Türkiyənin Dənizli şəhərində qətl hadisəsi baş verib.

Dilek Kuşçu adlı gənc qız avtomobillə sevgilisi Murat Avcının başını əzərək onu öldürüb.

İlkin  məlumata görə, gənc qız əyləncədən qayıtdıqdan sonra sevgilisi ilə aralarında qısqanclıq zəmnində mübahisə yaşanıb. Mübahisə əsnasında M.Avcı D.Kuşçunun idarə etdiyi cipin qapısından yapışıb. Avtomobilin hərəkət etməsilə oğlan yıxılaraq avtomobilin altına düşüb.Bunu görən gənc qız isə avtomobili geri sürüb daha sonra irəliyə gedərək 2 dəfə oğlanın başının üstündən keçib.

D.Kuşçu dindirilmə zamanı polisə hadisənin istəmədən olduğunu desə də, təhlükəsizlik kameraları görünütüləri ilə onun yalan danışdığı üzə çıxıb.

Polis tərəfindən saxlanılan qızın spirtli içki qəbul etdiyi üzə çıxıb. Gənc qız alkoqol qəbul etdiyi üçün hadisəni xatırlamadığını bildirib.

Faktla bağlı araşdırma aparılır./olke


 


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ