RU
Gəncə Dövlət Dram teatrı qastrol səfərindən qayıdır
12:48
1587

Gəncə Dövlət Dram teatrı qastrol səfərindən qayıdır

Xəbər verdiyimiz kimi aprel ayının 17-dən Gəncə Dövlət Dram teatrının yaradıçı kollektivi qardaş Türkiyə Çumhuriyyətinə 9-cu səfər kimi reallaşan qastrol səfərindədir.

Səfərin məqsədi Konya şəhərində gerçəkləşən “ Min nəfəs, bir səs ” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında iştirak etmək idi. Yaradıçı kollektiv bu festivala Turqay Narın “ Şəhrizadın oyunu ” mistik-psixoloji dramı ilə qatılıb. Gəncə Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovun verdiyi xəbərə görə artıq festival bu gün yekunlaşır. Onun sözlərinə görə, kollektivin burada iştirakı tamaşaçılar tərəfindən yüksək qarşılanıb və tamaşa böyük uğurla nümayiş etdirilib. Əli Qasımov bildirib ki ; “Artıq Konyada keçirilən  Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa catıb və biz vətənə qayıtmağa hazırlaşırıq. Bildiyiniz kimi Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Ümumşəhər tədbirləri may ayının 2-dən 5-nə kimi Gəncədə olaçaq. Biz də yaradıçı kollektivimizilə ümumşəhər tədbirlərində iştirak etmək üçün vətənə qayıdırıq. Yaradıçı kollektivimiz Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı tədbirlərində də yaxından iştirak edəçək.”

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ