RU
Gəncə Dövlət Universitetində
11:46
4398

Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universitetindəki talan, yeyinti faktları ilə bağlı məlumat vermişdik. Məlumatda bildirilir ki, bu ali təhsil ocağında Hesablama Palatasının apardığı son yoxlamalar zamanı ciddi yeyinti faktları ortiaya çıxıb. Bundan sonra isə rektor Yusif Yusifov uzun müddət xəstəlik adıyla Azərbaycandan çıxmışdı. Lakin sonradan rektor qohumlarının köməyi ilə təhsil nazirinin töhməti ilə canını qurtardı. 

Buna baxmayaraq saytımıza verilən məlumata əsasən bu ali təhsil ocağında vəsaitlərin təyinatı üzrə və səmərəsiz istifadəsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, tabeçiliyindən olan şəxslərin (tələbələrin red) etibarından istifadə halları ilə bağlı müvafiq orqanlarda yoxlamalar aparılır. Bu ali məktəbin yüksək vəzifəli şəxsləri tərəfindən tələbələrin adına kredit götürüldüyü faktları ortaya çıfıb. Bir necə gün əvvəl isə Gəncə Dövlət Universitetində rektoratlığın təhsil haqları hesabına prorektorlara, hətta rektor köməkçisinə belə bahalı avtomobil aldığı faktı ortaya çıxmışdı və bu barədə bilgi vermişdik.


İnformasiyalara əsasən rektorun mətbəə işləri, dəftərxana maxinasiyalarından da böyük gəlirləri var. Məsələn bu ali təhsil ocağının bütün tenderlərini, çap işlərini elə rektor Yusif Yusifova məxsus olduğu deyilən «Şərq-Qərb» mətəəbəsində həyata keçirirlər. 

Mənbə bu barədə bildirir: 

- GDU-nun kollektivinin Y.Yusifovdan ən böyük narazılıqlarından biri imtahanlarrın keçirilməsi ilə bağlıdır. Semestr imtahanlarının kompüter üsulu ilə keçirilməsi, yoxlanması və nəticələrin qiymətləndirilməsi bir mərkəzdən idarə olunur. Fənn müəllimlərinin isə imtahanların keçirilməsi və yoxlanmasından xəbəri yoxdur. Bu isə Təhsil Nazirliyinin sənədləri ilə ziddir. Çünki, Boloniya sistemində imtahanlar yazılı şəkildə keçirilməlidir. Yəni tələbə imtahanda bilet çəkməlidi, cavabları yazmalı və müəllimi tərəfindən yoxlandıqdan sonra ona qiymət verilməlidir. Ancaq GDU-da buna riayət etmirlər. Çünki mərkəzləşdirilmiş imtahanlar “Şərq-Qərb” nəşriyyatının sahibi, oliqarx məmur Yusif Yusifovun yeni qazanc yeri, rüşvət mənbəyidir.

Fənnin imtahan saatı müəllimin dərs yükünə daxildir. Əgər GDU-da imtahanlar kompüter ilə götürülürsə, bu saatları müəllim faktik yerinə yetirmir. Gəncə Dövlət Universitetində 2010-cu ildən belədir. Bu ənənəni Y.Yusifov davam etdirir. Ancaq mərkəzləşdirmədən imtina etməyin vaxtı çatıb. Əks təqdirdə kollektiv özü bunu edəcək.
 /gundeminfo

7News.az

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ