Gəncə Dövlət Universitetində ciddi narazılıq yaranıb.
Yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimlərin dərs saatlarının bölgüsü ilə bağlı ciddi narazılıqlar yaranıb. Dərs saatlarını artırmaq üçün rektor Yusif Yusifovun dekanlara təlimat verdiyi deyilir. Təlimata əsasən artıq dərs saatı almaq istəyən müəllimlər dekanlara «haqq» verməlidirlər. Bu isə illərdə GDU-da işləyən müəllimlərin narazılığına səbəb olub.
Bundan sonra təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. Müraciətlərində rektorun bu ali təhsil ocağındakı taladığı pullarla bağlı olaraq kiməsə pul verməli olduğunu dediyi və bu səbəbdən də müəllimləri sıxışdırdığı da öz əksini tapıb. İnformasiyada bildirilir ki, bu il GDU-nun məzunu adını qazanmış tələbələrdən də rəsmi qeydiyyat üçün pul tələb olunur. Universitetin daxili təlimatlarına əsasən bir qəbul forması, blank hazırlanıb və hazırlanmış bu blank da yeni tələbə adını qazanan şəxslərə 20 manata satılır. Məlumat verən mənbə iddia edir ki, rektoratlığın təlimatına əsasən bu il bütün tələbələr tələbə biletlərini təzələməlidirlər.
Bu «islahat» da tələbələrin başında çatlayıb. Yəni təzə tələbə bileti almaq üçün hər bir tələbə 35 manat ödəniş etməlidir. Tələbə bileti olmayanlar isə sentyabrın sonuna qədər dərslərə buraxılacaqlar, ondan sonra isə dərsə buraxılmayacaqlar.
Göründüyü kimi GDU-nun rektoru Yusif Yusifov bir qədər əvvəl adının keçdiyi bank fırıldağına görə, düşdüyü «ziyanı» konpensasiya etmək istəyir.
7news.az








