Gəncədə "IV İslam Həmrəyliyi Oyunları”nın loqosu
canlandırılıb
"IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob
6 min gəncin iştirakı ilə keçirilib. Gəncənin gəncləri şəhərin Heydər Əliyev
adına baş meydanına toplaşaraq idman bayramının sevincini yaşayıblar. Canlı
loqonu yaratmaqla sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini
dünyaya nümayiş etdiriblər.
Canlı loqonun yaradılmasını şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri
izləyib. Fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.
Gəncədə bundan əvvəl 2014-cü ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin
canlı portreti, 2015-ci ildə "Bakı-2015” birinci Avropa Oyunlarının canlı
loqosu yaradılıb. Ötən il isə "Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”nın loqosu
canlandırılıb.
Qeyd edək ki, nümayiş olunan canlı loqonun təşkilatçısı "Gəncə Avropa Gənclər
Paytaxtı 2016” İctimai Birliyidir
Fləşmobun videosunu Sizlərə təqdim edirik:








