RU
Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşüblər, xəsarət alanlar var - FOTO
10:22
408

Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşüblər, xəsarət alanlar var - FOTO

Gəncədə minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı xəsarət alanlar, sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləridir.
Faktla bağlı araşdırma aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ