RU
Gəncədə “07” avtobusla toqquşdu — Yaralılar var
20:00
361

Gəncədə “07” avtobusla toqquşdu — Yaralılar var

Gəncədə 4 nömrəli xətt üzrə hərəkət edən "İSUZU” markalı marşrut avtobusu ilə "VAZ -2107” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
 
7news.Az Report-a istinadən xəbər verir ki, "VAZ”da ikisi uşaq olmaqla 4 sərnişin olub.
 
İnformasiyaya əsasən, yaralılar "VAZ”ın sürücüsü və sərnişinlərdir – sürücü 1980-ci ildə anadan olan Avazov Sənan Mübariz oğlu, onun qardaşının həyat yoldaşı 1987-ci il təvəllüdlü Musayeva Xəyalə Ramiz qızı və rəfiqəsi 1989-cu il doğumlu İbrahimova Aynurə Şakir qızı.
 
Avtomobildəki iki uşaq və daha bir qadın isə xəsarət almayıb. Hadisə Bəxtiyar Əliyev küçəsində baş verib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ