Gəncə şəhərində 15 yaşlı yeniyetmə sahibsiz itin hücumuna məruz qalıb.7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin 31 saylı şəhərcik adlanan ərazisində baş verib.2006 cı il təvəllüdlü Əliyev Şəhriyar Şəxsiyyət oğlu yaşadığı binanın qarşısında itin hücumuna məruz qalıb və heyvan ona xəsarət yetirib.Xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti orta ağırdır.








