RU
Gəncədə 25 yaşında gənci küçədə öldürdülər
11:11
860

Gəncədə 25 yaşında gənci küçədə öldürdülər

Gəncədə qətl hadisəsi baş verib.

7News.Az xəbər verir ki, Şəhər Prokurorluğundan ANS Press-ə verilən məlumata görə, hadisə şəhərin Dəmiryol vağzalının yaxınlığında - "Maxi" marketin qarşısında qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Mustafa oğlu Kərimov bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Həkim müayinəsi zamanı onun öldüyü məlum olub.

Prokurorluqdan onu da bildirdilər ki, qətl hadisəsinə görə hələlik saxlanılan yoxdur. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ