Gəncədə 27 yaşlı kişinin meyiti tapılıb.
Hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.








