Gəncə şəhərində 27 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə "Sərçə Bazarı" adlanan ərazidə qeydə alınıb.1994-cü il təvəllüdlü Məmmədov Cavid Sabir oğlu bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bıçaq yarası ürək nahiyəsindədir.Hələlik C.Məmmədov hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.Faktla bağlı araşdırma başlanılıb.








