RU
Gəncədə 30 minlik oğurluq
12:49
671

Gəncədə 30 minlik oğurluq

DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

DİN-dən 7news.Az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A. Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub. 

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ