Gəncədə şəhərində 36 yaşlı qadın itkin düşüb.Şəhər sakini 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızı oktyabr ayının 24-ü evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə 7NEWS.az-yerli bürosuna Ş.Rzayevanın anası Güllü Rzayeva məlumat verib. Onun sözlərinə görə, qızı itkin düşərkən üzərində,qara şalvar, uzun qara kurtka və kapuşonlu ağ ayaqqabı olub. İtkin düşən şəxslərin valideyinləri artıq Kəpəz rayon Polis İdarəsinə müraciət edib. Ş.Rzayevanın axtarışları aparılır.









