Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin mərkəzi ərazisində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü G.Axundovanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az








