RU
Gəncədə 52 yaşlı qadın yoxa çıxdı
16:23
482

Gəncədə 52 yaşlı qadın yoxa çıxdı

Gəncədə qadının itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

7News.Az xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yaşayan Vidadi İsayev şikayət ərizəsində yazıb ki, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzova evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

V.İsayev həyat yoldaşının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Hazırda axtarış tədbirləri həyata keçirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ