RU
Gəncədə 52 yaşlı qadını avtomobil vurub
22:50
398

Gəncədə 52 yaşlı qadını avtomobil vurub

Axşam saatlarında Gəncədə 52 yaşlı piyadanı avtomobil vurub.

7news.Az Report-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsində marşrut avtobusdan düşən 1964-cü il təvəllüdlü Gəncə şəhər sakini Arazova İmperial Firuddin qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyada təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım alan yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ