Gəncədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
7NEWS.Az-ın məlumatına görə, 2015-ci təvəllüdlü Hacıyev Fuad ağır vəziyyətdə xəstəxanaya daxil olub.
Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlı dünyasını dəyişib.
Məlumata görə, F.Hacıyev tibb müəssisəsinə aqonal (canvermə - red.) vəziyyətində gətirilib.
O, serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








