Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi üzv dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirlikləri ilə birlikdə Gəncə şəhərinə səfər ediblər.
7News.Az xəbər verir ki, işgüzar səfərin məqsədi Gəncə -2016 Avropa Gənclər paytaxtı olanGəncə şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etməkdir. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunub.
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olanGəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında qonaqlara ətraflı məlumat verib.
Avropa İttifaqının səfiri Malena Mard qonaqpərvərliyə görə şəhər rəhbərinə təşəkkür edib.
Almaniya Səfiri Volker Berresheim isə prezident İlham Əliyevin bu ölkəyə səfərini iki ölkə arasında əməkdaşlığın, tərəfdaşlığın qarantı hesab edib.
Xorvatiya səfirliyinin Müvəqqəti İşlər Vəkili Refik Şabanoviç xatırladıb ki, Gəncəyə bu onun üçüncü səfəridir və səfərləri işgüzar xarakterli olub. Azərbaycan Xorvatiya əlaqələri düzgün müstəvidə inkişaf edir.
Avstriya Səfirliyi Missiyanın Rəhbər Müavini Ute Friessner qonaqpərvərliyə görə şəhər rəhbərinə minnətdarlıq edib./gencenews
7News.Az













