RU
Gəncədə ağır qəza: Maşın bacı-qardaşı əzdi - VİDEO
17:51
1148

Gəncədə ağır qəza: Maşın bacı-qardaşı əzdi - VİDEO

Gəncədə avtomobil bacı ilə qardaşı vuraraq xəstəxanalıq edib. 

7News.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Şah İsmayıl Xətai prospektində "VAZ 21 06" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yol kənarına çıxaraq 2 piyadanı vurub. Onlardan biri 14 yaşlı Brilliant Məmmədova Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına, 6 yaşlı qardaşı isə özəl xəstəxanalardan birinə aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Brilliant Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır. 

 

7News.az

Gəncədə ağır qəza: maşın bacı-qardaşı əzdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ