RU
Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, onlardan biri ölüb
10:40
33

Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, onlardan biri ölüb

Gəncə şəhərində ana və oğlu dəm qazından zəhərlənib.

Hadisə şəhərin Atatürk prospekti, bina 8 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Fərəcov Urfan Vaqif oğlu və anası, 1954-cü il təvəllüdlü Eteri Fərəcova dəm qazından zəhərləniblər.

E.Fərəcova hadisə yerində dünyasını dəyişib.

U.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ