RU
Gəncədə ata və oğul bıçaqlanıb
12:40
196

Gəncədə ata və oğul bıçaqlanıb

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaq xəsarəti alıblar.

Gəncə şəhər sakinləri, 1964-cü il təvəllüdlü İ.Tağıyev və oğlu 1998-ci il təvəllüdlü A.Tağıyev mübahisə zəminində bıçaqla xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı R.Hüseynov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, zərərçəkənlərin qonşusudur.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ