7News.az-ın məlumatına görə bu barədə Gəncə şəhər icra hakimiyyətinin rəsmisi məlumat verib. Məlumatda deyilir ki, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün saat 21:00-da Heydər Əliyev meydanında (İcra Hakimiyyətinin qarşısı) Baharin Gəlişi ilə əlaqədar möhtəşəm atəşfəşanlıq olacaq: "Hər kəsi şəhərin baş meydanına atəşfəşanlığa birgə tamaşa etməyə dəvət edirik. Novruz bayramınız mübarək!!!"








