RU
Gəncədə avtomobil motosikletçini vurub
12:47
628

Gəncədə avtomobil motosikletçini vurub

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletçi ağır xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları və təcili yardım briqadası gəlib.

Faktla bağlı araşdırma aparılır.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ