Gəncədə avtomobil piyadanı vurub öldürüb.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Rac Xəlilov "Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./apa
7news.Az








