RU
Gəncədə avtomobil sərnişin mikroavtobusu ilə toqquşdu: xəsarət alan var
15:30
434

Gəncədə avtomobil sərnişin mikroavtobusu ilə toqquşdu: xəsarət alan var

Gəncə şəhərində idarəetmədən çıxan avtomobil mikroavtobusa çırpılıb. 

7news.Az xəbər verir ki, sürücü Elcan Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə şəhərin Təbriz küçəsində hərəkətda olan zaman 1965-ci il təvəllüdlü İlham Musayev onun yoluna çıxıb. Bu zaman piyadanı vurmamağa çalışan sürücü avtomobilini sağa çəkərək "İsuz-Bogdan" markalı şəhər daxili mikroavtobusa çırpılıb.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ