RU
Gəncədə avtomobildə silah-sursat aşkarlanıb
19:10
194

Gəncədə avtomobildə silah-sursat aşkarlanıb

Gəncədə avtomobildə silah-sursat aşkarlanıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş "Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ